...

Astaradakı modul elektrik stansiyasının istismara təhvil verilməsi fevralın 3-nə nəzərdə tutulub

Energetika Materials 30 Yanvar 2006 17:25 (UTC +04:00)

Astaradakı modul elektrik stansiyasının rəsmi açılışı və istismara təhvil verilməsi bu il fevralın 3-nə nəzərdə tutulub. "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Azərbaycanda modul elektrik stansiyalarının tikintisi üzrə podratçı olan Finlandiyanın Wartsila şirkəti gücü 90 MVt olan Astara modul stansiyasında işə salma və nizamlama işlərini başa vurub. Elektrik stansiyasının təməlqoyma mərasimi bu il sentyabrın 8-də keçirilib.

Azərbaycan prezidentinin sərəncamına müvafiq olaraq, "Azərenerji" səhmdar cəmiyyətinə Bakıda, eləcə də ölkənin Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında 52 qurğunun tikintisi və təhvil verilməsini təmin etmək planlaşdırılıb. 2006-cı ildə Bakı ərazisində TES-2, Naxçıvanda 10, Xaçmazda və Şəkidə hər birində 10 12 belə elektrik stansiyası quraşdırılacaq. Onlar "Azəriqaz" QSC-nin tədarük etdiyi təbii qazla işləyəcək. Bu elektrik stansiyaları enerji modulundan ibarət olacaqlar və onlardan hər birinin gücü 8,7 MVt olacaq.

Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisi istehsaplının həcmini 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti