...

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə hərəkət edir

Energetika Materials 31 Yanvar 2006 12:53 (UTC +04:00)

Yanvarın 30-da bir barel AZERI LT CIF neftinin qiyməti $65,63 təşkil edib ki, bu da əvvəlki qiymətə nisbətən $0,24 çoxdur. Azeri Light neftinin sıxlığı API üzrə 34,9 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Yanvarın 30-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $58,14 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,15 azdır. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir.

Yanvarın 30-da bir barel Brent (DTD) neftinin qiyməti $65,04 təşkil edib ki, bu da əvvəlki qiymətlə müqayiəsədə $0,24 çoxdur. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Avropa bazarında işləyən treyderlər Trend ə bildirib ki, hazırda Novorossiysk limanından Auqustaya neftin və tünd rəngli neft məhsullarının nəqli üçün 135 min ton tutumlu gəmi fraxtının dərəcəsi 27,5% artaraq ws135 bənd təşkil edir. 80 min ton tutumlu gəmilər üçün analoji dərəcə ws260 təşkil edir. Qara dənizdən Auqustaya belə dərəcələr bu gün 30 min ton tutumlu gəmilər üçün 1% artaraq ws435 təşkil edir. Neft və açıq rəngli neft məhsullarının Novorossiyskdən Auqustaya 30 min ton tutumlu gəmilərlə nəqli üçün dərəcə ws395 təşkil edir.

SeaNews Weekly xəbər verir ki, 2005-ci ilin yekunlarına görə, Azov -Qara dəniz hövzəsindəki limanlardan neft məhsullarının dövriyyəsi 136 706,2 min ton təşkild edib ki, bu da ötən ilin göstəricilərindən bir az yüksəkdir. "Qaradəniztransneft" Açıq Səhmdar Cəmiyyətindəki "Şesxaris" neft bazası 2005-ci ildə neft ixracını 5,2% azaldıb. İlk növbədə, ilin əvvəloində yüklənmə ilə bağlı problemlər yaranıb. O zaman Qara dənizdəki boğazlarla bağlı yaranan problemlərlə bağlı "Şesxaris" terminalı tam gücü ilə işləyə bilməyib. 2004-cü il göstəricilərindən geriləmələrə "Transneft" boru kəməri sistemindəki iyun ayında planlı təmir işləri də öz payını verib.

İlin yekunlarına görə neft daşınmalarında mənfi dinamika nümayiş etdirən limanlardan biri də Qafqaz (-69,6%) limanıdır. 2004-cü ildə bu limanla əsas etibarilə "YUKOS" şirkəti işləyib.

Ümumilikdə, müsbət nəticə Rusiya neftinin yalnız 2004-cü ilin noyabrından vurulmağa başladığı "KTK-R" terminalının ixrac tədarükü hesabına əldə olunub.

2005-ci ildə Azov-Qara dəniz hövzəsi limanlarındən neft ixracının artımını əsasa hərəkətverici qüvvəsi Azərbaycan və Qazaxıstanda neft hasilatının artımı olub. Lakin Xəzər neftinin güclü axınının qarşısı Rusiya limanlarının həddən artıq yüklənməsi üzündən alınır. Neft daşınması üzrə Rusiyanın ən iri limanları olan Novorossiysk və Tuapsenin buraxılış qabiliyyət ən yüksək həddə çatıb. Hələlik yalnız Batumi limanı əlavə tranzit potensialına malikdir.

Xəbər lenti

Xəbər lenti