...

"Azərenerji" SC üçüncü modul elektrik stansiyasının inşasına başlayıb

Energetika Materials 31 Yanvar 2006 13:55 (UTC +04:00)

"Azərenerji" SC ikinci və üçüncü modul stansiyalarının tikintisinə başlayıb. "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərovun Trend ə verdiyi məlumata əsasən, bu stansiyalar Xaçmaz və Şəki rayonlarında inşa ediləcək.

Bu stansiyaların hər birində 8,7 MVt gücündə 10 enerji modulu quraşdırılacaq. Hər stansiyanın ümumi gücü 90 MVt təşkil edəcək. Obyektlərin inşası başa çatdıqdan sonra bu tipli stansiyalar Bakıda və Naxçıvanda inşa edilməyə başlayacaq.

Hazırda SC tikinti işləri üzrə baş podratçı Finlandiyanın Wartsila şirkəti ilə birgə Astara modul stansiyasında işə salma-sazlama işlərini bitirmək üzrədir. Onun inşası keçən il sentyabrın əvvəlində başlamış və bu il yanvarın əvvəlində başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti