...

DB qaz ambarlarının yenidən qurulmasının maliyyələşdirilməsini təklif edir

Energetika Materials 31 Yanvar 2006 14:44 (UTC +04:00)

Dünya bankı tərəfindən Azərbaycanın qaz sektorunun maliyyələşdirilməsi imkanı bankın iqtisadçısı Berns Xamsonun yanvarın 31-də Bakıya başlanacaq səfəri zamanı müzakirə ediləcək.

Hökumətdə Trend ə bildirilib ki, ölkə ilə 2006-2009-cu illərdə nəzərdə tutulmuş yeni tərəfdaşlıq siyasətində prioritet istiqamətlərdən biri olaraq bank Qalmaz və Qaradağ qaz ambarlarının yenidən qurulmasında iştirakı seçib. Burada bank zərurəti hər şeydən öncə, qaz ambarının "Şahdəniz" yatağından qazın saxlanılması üçün hazırlanmalı olmasında görür. Maliyyələşmə həcminin hələlik razılaşdırılmamasına baxmayaraq hökumət bu təklifə razıdır.

DB-nin Bakı nümayəndəliyində Trend ə bildirilib ki, B.Xamso fevralın 8-dək ölkədə olacaq. Səfər çərçivəsində o, bankın direktorlar Şurası tərəfindən 2005-ci ilin mayın 17-də təsdiq olunmuş energetika layihəsinin icmalını aparacaq. DB layihənin gerçəkləşdirilməsinə $48 mln. həcmində kredit ayırıb. Bu, AYİB-in şərtləri ilə ayrılmış ilk kreditdir.

Xəbər lenti

Xəbər lenti