...

Berlində "Xəzərdə neft və qaz siyasəti" konfransı keçiriləcək

Energetika Materials 31 Yanvar 2006 15:47 (UTC +04:00)

Alim Luts Metsinin rəhbərliyi ilə "Xəzər regionunda energetika siyasəti" layihəsini işləyib hazırlayan elmi-araşdırma qrupu fevralın 2-3-də Berlin müstəqil universitetində "Xəzər regionunda Norveçin neft ölkəsi kimi sosial-iqtisadi və siyasi strategiyasının tətbiqi imkanları" mövzusunda beynəlxalq konfrans keçirəcək. Trend "AzərTac"a istinadən bildirir ki, Berlin müstəqil universitetinin Xəzər regionu ölkələrinə, xüsusilə Azərbaycana marağı karbohidrogen nəqli siyasətində ölkənin aparıcı rolu ilə bağlıdır. Buna görə də Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin keçirilməsini dəstəkləyib və səfir Pərviz Şahbazov tədbirin açılışında çıxış edəcək.

Tədbirdə Almaniya universitetləri və Bakı dövlət universitetindən olan mütəxəssislərlə yanaşı Norveçin enerji və ətraf mühit məsələləri İnstitutunun ekspertləri, eləcə də Almaniya mətbuatının nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti