...

Azneftkimyamaş 606 min AZN dəyərində məhsul satışı həyata keçirib

Energetika Materials 22 Fevral 2006 11:45 (UTC +04:00)

Yanvar ayında Azneftkimyamaş ASC 606 min manat dəyərində məhsul satışı həyata keçirib. ASC-dən Trend ə verilən məlumata görə, məhsul ixracı təxminən 66% təşkil edib. Yerdə qalan məhsulun satışı isə daxili bazarda həyata keçirilib.

Azneftkimyamaş ASC prezidentin 22 mart 2001-ci il tarixli sərəncamı ilə Azneftkimyamaş DŞ-nin bazasında yaradılıb.

ASC-dən bildirilib ki, yanvarda Səttarxan adına maşınqayırma zavodunda, Bakı fəhləsində və digər zavodlarda yüksək göstərici qeydə alınıb. Məhsul Rusiya, Qazaxıstan və Türkmənistana ixrac olunub.

Bu dövr ərzində müəssisələr üzrə istehsalın həcmi 1,4 mln AZN təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 6,2% çoxdur.

Xəbər lenti

Xəbər lenti