...

"Mərkəzi Azəri" platformasında debit 255 min barel təşkil edir

Energetika Materials 1 Mart 2006 15:16 (UTC +04:00)

Hazırda "Azəri" yatağının mərkəzi hissəsindəki platformadan hasilat debiti sutkada 255 min barel təşkil edir. Bu barədə Trend ə "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə layihənini operatoru VR Azerbaijan şirkətindən məlumat verilib. Hazırda platformada 10 istismar quyusu fəaliyyət göstərir ki, onlardan biri laya qazın vurulması, digəri isə qazma şlamının vurulması üçünnəzərdə tutulub.

Şirkətdən bildirilib ki, yatağın Qərb hissəsində quraşdırılan platformadan sutkada 35 min barelə yaxın neft hasil olunur. Hazırda orada bir quyu fəaliyyət göstərir. Yaxın vaxtlarda ikinci quyu da istismara veriləcək. Bundan sonra hasilat artacaq.

Bu il "AÇG" yatağından hasilatın həcminin sutkada 458 min barel artacağı gözlənilir. Gələn il hasilatın ümumi həcmindən 19 min barel "Şahdəniz" (kondensat) yatağından hasil etmək ehtimal edilir. "Çıraq"da sutkada 138 min barel, "Mərkəzi Azəri"dən 226 min barel və "Qərbi Azəri"dən 75 min barel hasilat gözlənilir.

Xəbər lenti

Xəbər lenti