...

CDC "Dədə Qorqud" qazma qurğusunda təmir işləri aparır

Energetika Materials 1 Mart 2006 16:55 (UTC +04:00)

Aprelin sonunda CDC şirkəti "Günəşli" yatağının dərinsulu hissəsində 2-ci öncə qazma quyusunun qazılmasını başa vurur. Quyunun layihə dərinliyi təxminən 3 700 metrdir. Hazırda 3285 m qazılıb. Bu barədə Trend ə şirkətdən məlumat verilib. Qazma işləri "Dədə Qorqud" qazma qurğusu vasitəsilə aparılır.

Bu ilin may-iyun aylarında qazma qurğusunda planlı təmir işləri aparılacaq. Bu işlər zamanı çirkli mayelərin təmizlənməsi və neytrallaşdırılması, o cümlədən priventor mexanizmlərini idarəetmə sistemi üzrə işlərin aparılması nəzərdə tutulur.

Bu işlər başa çatdıqdan sonra qurğu öncə qazma quyusunun qazılmasının davam etdirilməsi üçün "Günəşli" yatağının dərinsulu hissəsinə gətiriləcək", - deyə şirkətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti