...

Gobustan Operating Company ARDNŞ-ə təbii qazın satışını dayandırıb

Energetika Materials 2 Mart 2006 13:28 (UTC +04:00)

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsində çalışan Gobustan Operating Company şirkəti Dövlət Neft Şirkətinə (ARDNŞ) sərbəst qazın satışını dayandırıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Qazın qiyməti $1.29/1 mln. BTU ($1.29/1 mln. BTU - $46/1 min m3-dir) təşkil edir.

Şirkətin nümayəndəsinin sözlərinə görə, qazın satışı texniki səbəblər üzündən dayandırılıb. Şirkətdən bildirilib ki, bir ay ərzində texxniki məsələlərin həll olunmasından sonra yanacağın tədarükü bərpa olunacaq.

Hazırda şirkət iki quyudan sutkada 100 min kubmetr qaz satır. Texniki məsələlərin həll olunmasından sonra 4 quyudan qaz satışını nəzərdə tutan birinci mərhələdə şirkət 200 min kubmetrə qədər qaz satacaq. Beşinci quyunun işə salınmasından sonra satılan qazın həcmi 350 min kubmetrə qədər artırılacaq.

Şirkətin məlumatına görə, GOC ARDNŞ-ə sutkada minimum 285,7 min kubmetr qaz satacaq. Yanvar ayında GOC ARDNŞ-lə gələcəkdə bütün qaz əməliyyatlarının aparılması üçün zəruri olan infrastrukturların tikintisini başa çatdırıb. Eləcə də, müqavilə sahəsində ARDNŞ-ə qaz satışı üçün qaz kompressor stansiyasının tikintisi başa çatıb, QKS-na aparan borular quyulara birləşdirilib. Həmin boru kəmərinin uzunluğu 11 km-dir.

Bu ilin yayında GOC şirkəti bütün "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində 2 və 3 ölçülü (2D və 3D) seysmik kəşfiyyat aparmaq niyyətindədir. "Daşgil", "Duvannı" və "Kənizadağ" yataqlarında 200 kvadrat km-lik ərazidə 3 ölçülü, "Mərkəzi" və "Şimal" yataqlarında 480 km2 sahədə 2 ölçülü seysmik kəşfiyyatın aparılmasını nəzərdə tutub.

Xəbər lenti

Xəbər lenti