...

Heydər Babayev: Elektrik şəbəkələri elektrik enerjisi istehsalçısı olan şirkət tərəfindən idarə olunmamalıdır

Energetika Materials 2 Mart 2006 18:20 (UTC +04:00)

"Elektrik paylayıcı şəbəkənin idarə olunması elektrik enerjisini istehsal edən şirkət tərəfindən idarə olunmamalıdır. Bununla əlaqədar, Bayva-nın bazasında yaranan beş səhmdar cəmiyyət gələcəkdə özəl idarəçiliyə verilməlidir". Bu barədə Trend in məlumatına görə, martın 2-də iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Lakin burada Bayva-nın Gəncə və Əli Bayramlı elektrik şəbəkələrini idarə etdiyi zaman yol verilən əvvəlki səhvləri təkrarlamamaq və arzuolunmaz hallardan qaçmaq üçün tələsmək olmaz. İndi onların bazasında "Gəncə regional enerji təchizat", "Mingəçevir regional enerji təchizat", "İmişli regional enerji təchizat", "Əli Bayramlı regional enerji təchizat" və "Masallı regional enerji təchizat" MMC-lər yaradılıb.

Bayva ilə müqavilə pozulub və aparılan inventarlaşmanın yekunları üzrə protokol hazırlanıb. Bu şəbəkələr martın 1-dən respublikada yeganə elektrik energjisi isttehsalçısı "Azərenerji" SC-nin idarəçiliyinə verilib.

Nazir digər elektrik şəbəkəsi idarəçisi olan Barmek -lə də bağlı öz fikrini bildirib. Onun sözlərinə görə, ona öz fəaliyyətində bir sıra çatışmamazlıqları hökumətə izah etmək üçün bir az vaxt vermək zəruridir. "Bu günlərdə ölkə prezidenti dövlət orqanlarına Barmek-in investisiya özdəliklərini yerinə yetirməsi ilə bağlı yoxlamaqla bağlı tapşırıq verib", - deyə sonda H.Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti