...

ARDNŞ yanvar-fevral aylarında 1,4 mln. ton neft hasil edib

Energetika Materials 2 Mart 2006 18:50 (UTC +04:00)

Yanvar -fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkənin quru və su yataqlarından 1458,2 min ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6 min ton çoxdur. ARDNŞ-dən Trend ə verilən məlumata görə,Dövlət Nefti Şirkətinin neft-qaz çıxarma idarələri (NQÇİ) quruda və dənizdə yanvar-fevral aylarında 1291,8 min ton neft hasil ediblər ki, bu da 5,3 min. ton (və ya 0,4%) ötən ilin yanvar-fevral aylarındakından çoxdur.

Yanvar-fevral aylarında xarici şirkətlər ARDNŞ-in iştirakı ilə quru yataqlardan karbohidrogen hasil edən birgə müəssisələr (BM) və əməliyyat şirkətləri (ƏŞ) çərçivəsində 166,4 min ton neft hasil edib ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 0,7 min tonn (və ya 0,4%) çoxdur.

Yanvar-fevral ayları ərzində Azərbaycanda qaz hasilatının ümumi həcmi 1067,6 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 259,3 mln. m3 (və ya 32,1%) çoxdur. Bu zaman ARDNŞ NQÇİ-nin payına 624 mln. mlrd kubmetr qaz düşüb ki, bu da 2005-ci ilin yanvar-fevral aylarındakından 5,6 mln kubmetr çoxdur. Yanvar-fevral aylarında BM və ƏŞ 18,4 mln kubmetr qaz hasil edib ki, bu da 2005-ci ildəkindən 3,8 mln kubmetr azdır. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2006-cı ilin yanvar-fevralında 425,2 mln kubmetr sərbəst qaz hasil edib ki, bu da 2005-ci ildəkindən 257,5 mln kubmetr çoxdur.

2005-cı ilin yanvar-fevralında Azərbğaycanda neft və qaz hasilatı üzrə ümumi cədvəl belədir:

Neft

(min ton)

Fevral 2005-cı il

yanvar-fevral 2006-cı il

yanvar-fevral 2005-ci il

Fakt

Plan

Fakt

%

Fakt

%

Cəmisi

703,3

1421,9

1458,2

102,6

1452,2

100,4

NQÇİ

623,5

1254,1

1291,8

103

1286,5

100,4

BM və PSA

79,8

167,8

166,4

99,2

165,7

100,4

Qaz

(mln m3)

Cəmisi

536,3

1052,3

1067,6

101,5

808,3

132,1

ARDNŞ

302,6

646,7

642,4

99,3

640,6

100,3

NQÇİ

294

613,7

624

101,7

618,4

100,9

BM və PSA

8,6

32,97

18,4

55,8

22,2

82,9

ABƏŞ

233,7

405,5

425,2

104,9

167,7

253,5

Xəbər lenti

Xəbər lenti