...

Bakıda Xəzər regionu enerji sektorunun həmkarlar ittifaqları rəhbərlərinin seminarı keçiriləcək

Energetika Materials 3 Mart 2006 12:26 (UTC +04:00)

Bakıda Xəzər regionu enerji sektorunun həmkarlar ittifaqları rəhbərlərinin 3-cü seminarı noyabrda keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın neft və qaz sənayesi işçilərinin həmkarlar ittifaqları təşkilatları respublika komitəsinin rəhbəri Cahangir Əliyev məlumat verib.

Tədbir ICEM - kimya, dağ-mədən, energetika və digər sahələrin işçilərinin beynəlxalq həmkarlar ittifaqları federasiyası (International Federation of Chemical, Energy, Mine and General Workers' Unions) tərəfindən təşkil olunub. Azərbaycan 1999-cu ildən bu təşkilatın üzvüdür.

2-ci seminar fevralın 20-21-də İstanbulda keçirilib. Bu seminarda Azərbaycan tərəfdən C.Əliyev iştirak edib. Tədbirdə əlaqələrin saxlanması üçün platformaların işlənib hazırlanması, regionda sektorun problemli məsələləri, əmək şəraitinin və ekoloji vəziyyətin yaxşılaşdırılması yolları, işçilərin həmkarlar ittifaqlarına cəlb olunması üzrə strategiyanın işlənib hazırlanması müzakirə olunub.

Seminar F.Ebert Fondunun maliyyə dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti