...

AR DNŞ "Bibi-Heybət" layihəsi çərçivəsində xarici şirkətlə imzalanmış memorandumun müddətini uzatmayacaq

Energetika Materials 3 Mart 2006 16:38 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti və HongKong Oil & Gas LTD arasında quruda yerləşən "Bibi Heybət" yatağının reabilitasiyası və işlənib hazırlanması layihəsi üzrə imzalanmış qarşılıqlı anlaşmaya dair sazişin müddəti uzadılmayacaq. Bu müddət 2006-cı il yanvarın sonunda bitib. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib.

AR DNŞ-dən bildirilib ki, şirkətin bu yataqla bağlı öz planları var. "Görünür, bu planlar AR DNŞ tərəfindən müstəqil olaraq heç bir xarici sərmayə cəlb edilmədən həyata keçiriləcək", - deyə AR DNŞ-dən qeyd ediblər. Layihənin həyata keçirilməsində digər sərmayəçilər də maraqlı idi.

Qarşılıqlı anlaşma haqqında memorandumda layihənin əsas kommersiya prinsipləri və digər şərtlərin razılaşdırılması nəzərdə tuturdu. Bu işlər isə həyata keçirilməyib.

HongKong Oil & Gas "Bibi-Heybət" sahəsini xeyli abadlaşdırmaq və müasir park yaratmaq niyyətində idi. Neft hasilatını isə ətraf mühitə ziyan vurmadan paralel həyata keçirmək planlaşdırılırdı.

2006-cı il fevralın 1-nə "Bibi-Heybət" NQÇİ-nin işlək quyular fondu 600 ədəd təşkil edib.

Xəbər lenti

Xəbər lenti