...

Bakı NEZ butan-butilen fraksiyası istehsalını xeyli artırıb

Energetika Materials 3 Mart 2006 17:30 (UTC +04:00)

Yanvarda Heydər Əliyev adına neft emalı zavodu (NEZ) (keçmiş "Azneftyanacaq") 15,38 min ton butan-butilen fraksiyası istehsal edib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib. Bu 10,58 min ton proqnozundan çoxdur.

Ötən ilin dekabrında bu növ neft məhsulunun istehsalı - 12,81 min ton təşkil edib ki, bu da proqnozdan 12,4% - 1,41 min ton çoxdur. Ötən ilin yanvar - dekabrında butan-butilen fraksiyasının istehsal həcmi 129,64 min ton təşkil edib.

Bu proqnozdan 23,4 min ton (22,1%) və 2004-cü ildə olan 2,03 min tondan çoxdur.

2005-ci ildə bu müəssisədə 3,02 min ton propan-propilen fraksiyası istehsal edilib. Bu, proqnozdan 12,9 min ton (-20,48%) azdır. 2004-cü ildə NEZ-də 5,07 min ton bu növ neft məhsulu istehsal edilib ki, bu da 2005-ci ilə nisbətən 2,05 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti