...

ARDNŞ martda Petrofarma 100 min tondan artıq mazut satacaq

Energetika Materials 4 Mart 2006 12:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) martda Sinqapurun Petrofarm şirkətinə Azerneftyag NEZ-da istehsal olunmuş 120 min tona qədər M-40 markalı mazut satmaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Məhsul Azərbaycan-Gürcüstan dəmiryolu ilə Gürcüstanın Batumi terminalına qədər çatdırılacaq.

"Martın əvvəlindən biz Batumidə Petrofarm üçün 17 min ton mazut yükləmişik", - deyə ARDNŞ-dən bildiriblər.

Petrofarm ARDNŞ-dən tenderdə 2006-cı il ərzində yola salınmaqla 200 min ton M-40 markalı mazut alıb. Məhsulun ixracı ilə ARDNŞ-in Marketinq və İqtisadi əməliyyatlar İdarəsi məşğul olacaq. 2006-cı ilin yanvarından öz məhsullarını dünya bazarına sərbəst ixrac edən Azerneftyag-ın səlahiyyətləri ARDNŞ-in MİƏİ-nə verilib ki, bu idarə həmçinin "Heydər Əliyev adına "NEZ-nun neft məhsullarını n satışı və Azərbaycan neftinin ixracı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti