...

Azərbaycanın Neft və Qaz Sənayesi işçilərinin həmkarlar İttifaqlarının Azərbaycan Komitəsi Kentech (Caspian) ltd –də fəhlələrin hüquqlarının pozulması ilə bağlı ICEM –ə müraciət edib

Energetika Materials 6 Mart 2006 16:40 (UTC +04:00)

Azərbaycanın Neft və Qaz Sənayesi İşçilərinin Respublika Komitəsi (NQSİHİ RK)Kimya, Dağ-Mədən Sənayesi, energetika və digər sahələrin həmkarlar ittifaqlarının Beynəlxalq Federasiyasına (International federation of Chemical, Energy, Mine and General Workers' Union) İrlandiyanın elektrotexniki Kentech (Caspian) ltd. Şirkətinin azərbaycanlı əməkdaşlarının hüquqlarının pozulması ilə əlaqədar müraciət edib. Bu barədə Trend ə NQSİHİ RK-in rəhbəri Cahangir Əliyev məlumat verib.

Onun sözlərinə görə, Kentech (Caspian) ltd.şirkəti əmək müqaviləsinin olmaması, iş vaxtından artıq işə görə əmək haqqının ödənilməməsi, fəhlələrə qanunvericilikdə nəzərdə tutulduğu kimi məzuniyyət günlərinin verilməməsi faktlarına malikdir.

"Biz 1999-cu ildən ICEM -in üzvüyük və onun sıx əməkdaşlıq edirik. Bu məsələlərlə bağlı struükturun fəaliyyət göstərəcəyinə ümid edirik", - deyə C.Əliyev bildirib.

Kentech (Caspian) ltd. şirkətindən Trend ə vəziyyətlə bağlı hər hansı bir şərh verməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti