...

AR DNŞ Azərbaycan-Moldova ekspert qrupunun iclasında iştirak edəcək

Energetika Materials 7 Mart 2006 12:28 (UTC +04:00)

Martın 6-11-də Kişinyovda (Moldova) ikitərəfli Azərbaycan-Moldova ekspert qrupunun Moldova ərazisində neft və digər faydalı qazıntı yataqlarının axtarışı zamanı geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı iclası keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft şirkətindən məlumat verilib.

Ekspert qrupuna hər iki tərəfdən 9 nəfər olmaqla 18 nəfər daxildir. AR DNŞ-dən 4 nümayəndənin iştirak edəcəyi iclas zamanı neft və qaz yataqlarının axtarışı və geoloji-kəşfiyyat əməliyyatlarının aparılması ilə bağlı məsələlər nəzərdən keçiriləcək. Azərbaycan ekspert qrupuna geologiya-mineralogiya elmləri doktoru, professor Akif Əliyev rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti