...

Yanvar-fevral aylarında AR DNŞ 18 min metrdən artıq sahə qazıb

Energetika Materials 9 Mart 2006 17:30 (UTC +04:00)

2006-cı ilin fevralında Azərbaycan Dövlət Neft şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) proqnozlaşdırılmış 10 005 metrə qarşı 10 027 m qazıb. Bu barədə Trend ə AR DNŞ-dən məlumat verilib. Qazma işlərinin ümumi həcminin 9 972 metri istismar, 55 metri isə kəşfiyyat quyularının payına düşür.

Bu ilin birinci iki ayı ərzində AR DNŞ (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 18 507 m qazıb. Bu göstəricinin 18257 metri istismar, 250 metri isə kəşfiyyat quyularının payına düşür.

AR DNŞ-in 2006-cı il üçün qazma proqramına əsasən, təxminən 132 min metrin qazılması planlaşdırılır. Bu rəqəm 2005-ci il üçün qazma işlərinin həcminə bərabərdir. Bununla belə, neft hasilatında artım gözlənilmir. Hazırda AR DNŞ-in səyləri hasilatın mövcud həcminin saxlanılmasına yönəldilib.

Qazmanın ümumi həcminin təxminən 1500 metri kəşfiyyat quyularının payına düşəcək. Bu rəqəm də ötən ilin göstəricisinə bərabərdir. Artıq bir neçə ildir ki, AR DNŞ böyük həcmdə kəşfiyyat quyuları qazmır.

Xəbər lenti

Xəbər lenti