...

Marlen Əsgərov: "Azərenerji" 2006-cı ildə ən yüksək həcmdə elektrik enerjisi istehsal edəcək

Energetika Materials 10 Mart 2006 16:10 (UTC +04:00)

2006-cı ildə "Azərenerji" SC ən yüksək həcmdə - 24,4 mlrd. kVt/s. elektrik enerjisi istehsal etmək niyyətindədir. Trend bildirir ki, martın 10-da keçirilən mətbuat konfransında "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov bu barədə bəyan edib. Elektrik enerjisi istehsalının ən yüksək göstəricisi - 23 mlrd. kVt/s. 1991-ci ildə qeydə alınıb.

Onun sözlərinə görə, 2006-cı ildə enerji istehlakı istehsalı ötəcək və proqnoza əsasən 25,7 mlrd. kVt/s. təşkil edəcək. "2006-cı ilin 2 ayı ərzində enerji istehsalında ötən ilin müvafiq dövrünə nisbətən 9% artım müşahidə olunur" -deyə M.Əsgərov qeyd edib.

2005-ci ildə 22,3 mlrd. kVt/s. elektrik enerjisi istehsal edilib ki, bu da 2004-cü illə müqayisədə 4,7% çoxdur.

"2006-cı ildə modul elektrik stansiyalarının inşası, eləcə də enerji istehsal edən digər obyektlərin yenidən qurulması ilə bağlı görülən bir sıra işlərin hesabına enerji istehsalı həcminin artırılması nəzərdə tutulur" - deyə "Azərenerji"nin vitse-prezidenti bildirib.

Hazırda Sumqayıtda 506 Mvt gücündə elektrik stansiyasında buxar-qaz qurğusunun inşası aparılır. "İlin sonunadək 400 Mvt gücündə "Şimal" elektrik stansiyasında 2 buxar-qaz qurğusunun inşasına başlanılması gözlənilir" - deyə Marlen Əsgərov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti