...

"Azərenerji" enerjipaylaşdırıcı şəbəkələrə investisiya həcmini müəyyən edəcək

Energetika Materials 10 Mart 2006 20:02 (UTC +04:00)

Bayva enerji paylayıcı şəbəkəsinin "Azərenerji" SC-yə idarə edilməyə verilməsindən sonra şəbəkələrin inkişafında zəruri investisiyaların həcmi müəyyən ediləcək. Trend bildirir ki, bu barədə SC-nin vitse-prezidenti Marlen Əsgərov bəyan edib.

Onun sözlərinə görə, artıq 35-110 kilovoltluq EÖX-nin "Azərenerji"nin yüksək voltlu şəbəkə ilə idarə edilən xüsusi bölməsinə verilməsinə dair qərar qəbul edilib.10 kilovoltluq şəbəkələr elektrik paylayıcı şəbəkələrin tabeçiliyində qalacaq.

Hazırda İqtisadi İnkişaf Nazirliyinin ləğvetmə komissiyası Bayva-nın ləğv edilməsi prosesini başa çatdırır və bundan sonra onun idarəçiliyində olan "Əli Bayramlıelektrikşəbəkə" və "Gəngəelektrikşəbəkə" "Azərenerji"yə veriləcək.

Xəbər lenti

Xəbər lenti