...

ARDNŞ "Qərbi Abşeron" strukturunun cənubunda qiymətləndirmə quyusunun qazmasını başa çatdırıb

Energetika Materials 11 Mart 2006 13:23 (UTC +04:00)

AR DNŞ-in neft-qaz hasilatı üzrə "Azneft" İB "Qərbi Abşeron" strukturunun cənubunda bir qiymətləndirmə quyusunun qazmasını başa çatdırıb. Bu barədə Trend ə AR DNŞ-də bildirilib.

Qiymətləndirmə quyusunun qazması "Abşeron" qazma qurğusu ilə həyata keçirilib. Quyunun layihə dərinliyi 750 metr təşkil edir.

Öncəqazma quyularının qazması üzrə işlər "Xəzər" qazma qurğusu ilə aparılır. Bu quyunun layihə dərinliyi 780 metr təşkil edir. Həmin quyuya sütunun buraxılmasından sonra qazma başa çatdırılacaq.

AR DNŞ-də qeyd olunub ki, açıq yataq işlənib hazırlanma üçün səmərəlidir. Bu, onunla izah olunur ki, yataq sahilin, eləcə də neftin nəqli ilə bağlı mövcud kommunikasiyaların yaxınlığında yerləşir. Hazırda yatağın bu hissəsində ehtiyatların kontura alınması və qiymətləndirməsi aparılır. Quyunun dərinliyi 800 -1000 metr təşkil edir.

Bu ilin sonunadək AR DNŞ "Qərbi Abşeron" yatağının cənubunda hasilat platformasını quraşdırmaq niyyətindədir. Platforma sahildən 40-50 metr kənarda, sahilyanı zonada qurulacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, yataqda təxminən 1,5 mln. ton çıxarıla bilən şərti yanacaq ehtiyatı vardır.

Xəbər lenti

Xəbər lenti