...

ABƏŞ Azərbaycanda "Şərqi Azəri" platforması üçün dayaq bloku quraşdırıb

Energetika Materials 13 Mart 2006 17:11 (UTC +04:00)

Martın 11-də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Şərqi Azəri" (ŞA) hasilat, qazma və yaşayış (HQY) platformasının dayaq blokunu Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) tikinti-quraşdırma sahəsindən dənizə yola salıb və martın 12-də blok gəmidən "Azəri" yatağındakı daimi yerində dayaq tavası üzərinə endirilib. Trend in xəbər verdiyi kimi, bu barədə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənib-hazırlanması layihəsinin operatoru olan "BP- Azerbaycan" şirkətinin press-relizində deyilir.

ŞA HQY platformasının dayaq bloku BDÖZ obyektləri də daxil olmaqla yerli tikinti infrastrukturundan istifadə edilərək bütövlüklə ölkə daxilində yığılıb. Dayaq blokunun ümumi çəkisi 15.000 ton, hündürlüyü 166 metrdir və blok suyun dərinliyinin 152 metr olduğu yerdə quraşdırılır. Dayaq blokunun 12 payası var və onların ümumi çəkisi 7.500 tondur.

Dayaq blokunun daşınması və quraşdırılması prosesində ARDNŞ-in bir neçə gəmisindən, o cümlədən iki əsas quraşdırma gəmisi olan "Azərbaycan" kran barjı və STB-1 daşıma barjından istifadə olunub. Quraşdırma işlərinin yerinə yetirilməsi üçün "Azərbaycan" kran barjı əlavə olaraq modernləşdirilib.

Quraşdırma işlərinin tamamlanmasının hava şəraitindən asılı olaraq 45-50 gün çəkəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti