...

"Azəri" yatağından sərbəst qazın hasilatı üçün müxtəlif metodlardan istifadə oluna bilər

Energetika Materials 13 Mart 2006 18:44 (UTC +04:00)

"Azəri" yatağının Fasilə Layının alt hissəsindən qaz və kondensat hasil etmək imkanları müxtəlifdir. Sənaye və Energetika Nazirliyindən Trend ə verilən məlumata görə, hasilat zamanı neft istehsalı çərçivəsində platformalara malik quyulardan da istifadə etmək olar.

Quyuların ehtiyatları tükəndikdən sonra onlar qaz və kondensat hasilatı üçün Fasilə Layından alt hissə qazıla bilər. "Yatağın mərkəzində, qərbində və şərqində yerləşən platformalarda belə qazıntı işlərini həyata keçirməyə imkan verən qazma avadanlıqları mövcuddur", - deyə nazirlik nümayəndəsi bildirib.

Bundan əlavə, sualtı mənsəb hasilatı üsulu da tətbiq edilə bilər. Bu metoddan "Günəşli" yatağının dərinsulu hissəsində laya su vurmaq üçün istifadə olunur. Lakin ekspertlərin qeyd etdiyi kimi, hasilatın bu metodu onun realizə olunması üçün lazım olan avadanlığın dəyəri ilə əlaqədar kifayət qədər bahadır.

Qeyd edək ki, AÇG layihəsi üzrə müqavilə Azərbaycanla xarici şirkətlər arasında 1994-cü ildə yalnız neft ehtiyatlarının işlənməsi üçün imzalanmışdı. Ehtimallara görə, Fasilə Layının alt hissəsində bir neçə yüz milyard sərbəst qaz ehtiyatları var. Bəzi məlumatlara görə, BP artıq SEN AÇG-nin qaz ehtiyatlarının işlənməsi üzrə yeni razılaşmanın imzalanması imkanlarının nəzərdən keçirilməsi xahişi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti