...

ARDNŞ ən iri yataqdan qazın nəqli üçün yeni boru kəmərləri çəkəcək

Energetika Materials 14 Mart 2006 13:47 (UTC +04:00)

"Azneft" İstehsalat Birliyinin ''Xəzərdənizneftqaztikinti'' Trestinin 3 saylı İxtisaslaşdırılmış tikinti quraşdırma filialı Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna diametri 920 x 10 mm, ümumi çəkisi 220 ton olacaq 100 ədəd üzgəcin (panton) hazırlanması üçün sifariş verib. Bu barədə Trend ARDNŞ-in press-relizinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, 2005-2010-cu illər ərzində ""Günəşli" yatağında qaz hasilatının artırılması və nəqli layihəsinin yerinə yetirilməsi üzrə tədbirlər proqramı"na uyğun olaraq "Günəşli" yatağından Neft Daşlarına alçaq və yüksək təzyiqli qaz kəmərlərinin çəkilməsi planlaşdırılır.

Dərin Özüllər Zavodunda hazırlanacaq həmin üzgəclər yuxarıda qeyd olunan qaz kəmərlərinin çəkilişində istifadə olunacaq.

AR DNŞ öz vəsaiti hesabına "Günəşli" yatağının dayazsulu hissəsində neft və qaz hasil edir. Bu, ARDNŞ-in müstəqil çalışdığı ən iri yataqdır.

Xəbər lenti

Xəbər lenti