...

"Azərenerji" Səhmdar Cəmiyyəti: Şəkidəki elektrik stansiyasının tikintisi qrafikə uyğun gedir

Energetika Materials 14 Mart 2006 15:49 (UTC +04:00)

Hazırda Şəkidəki modul stansiyasının tikintisi üzrə işlərə 130 nəfərdən artın fəhlə cəlb olunub. Onların yarısından çoxu Azərbaycanın yerli sakinləridir. İnşaat və quraşdırma əməliyyatlarının həcminin artması ilə əlaqədar işlərə 400-500 nəfər cəlb olunacaq. Trend in verdiyi məlumata görə, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Stansiyanın tikintisi ilə bilavasitə əlaqədar olan işlər başa çatıb. 12,5 ha sahənin seçilməsindən sonra geodeziya, geoloji və topoqrafik işlər aparılıb. İşlər myüəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilir. Hazırda yeni stansiyanın özülünün hazırlanması üzrə işlər həyata keçirilir.

2006-cı ilin avqust - sentyabr aylarında "Azərenerji" Azərbaycanda modul stansiyaların tikintisi üzrə baş podratçı olan Finlandiyanın Wartsila şirkəti ilə birgə Azərbaycanın Şəki və Xaçmaz rayonlarında iki stansiyanın tikintisiini başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti