...

ARDNŞ əlavə törəmə şirkətlərin yaradılmasına zərurət görmür

Energetika Materials 14 Mart 2006 17:34 (UTC +04:00)

ARDNŞ quru yataqlarının işlənib hazırlanması üzrə layihələrdə öz payının müstəqil maliyyələşdirilməsi üçün əlavə törəmə şirkətlərin yaradılmasına hələlik zərurət görmür. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. İndi şirkətin belə strukturları Salyanneft, Əlibayramlıneft və Gobustanneft-də mövcuddur.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, digər quru yataq layihələrində törəmə şirkətlərin yaradılması hələlik nəzərdə tutulmur. "Qalan (quru) layihələrdə hələlik mənfəət nefti çıxmayıb, bu vaxtadək pul xərcləməyin mənası yoxdur. Salyanneft, Əlibayramlıneft və Gobustanneft kimi strukturların yaradıldığı layihələrdə mənfəət neftinin çıxmasınadək ARDNŞ-in payını xarici tərəfdaşlar maliyyələşdirib.

Amma neftin (mənfəət) çıxması ilə ARDNŞ öz payını özü maliyyələşdirməlidir və bunun üçün də belə şirkətlər yaradılıb" - deyə ARDNŞ-dən bildirilib.

Şirkətin analoji törəmə şirkətləri "Şah-Dəniz", BTC, SCP və digər belə layihələrdə mövcuddur. ARDNŞ tərəfindən yaradılmış şirkətlər çərçivəsində ayrıca ştat fəaliyyət göstərəcək.

Xəbər lenti

Xəbər lenti