...

ADDY və XDG ChevronTexaco şirkəti ilə saziş imzalayıb

Energetika Materials 15 Mart 2006 16:15 (UTC +04:00)

Azərbaycan dövlət dəmir yolu (ADDY) və Xəzər dəniz gəmiçiliyi (XDG) Amerikanın ChevronTexaco şirkəti ilə Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə nəqlinə dair saziş imzalayıb. Trend in məlumatına görə, martın 15-də Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov bu barədə bildirib.

Onun sözlərinə görə, neftin tədarükünə 2006-cı ilin sonu - 2007-ci ilin əvvəlində ildə 4-5 mln. ton xammal həcmilə başlanılacaq.

ChevronTexaco Qazaxıstanın iri "Tengiz" yatağında neft hasilatı ilə məşğuldur. Neft Qazaxıstandan dənizlə XDG-nin tankerləri vasitəsilə gətiriləcək, sonra Azərbaycan-Gürcüstan dəmir yolu ilə Gürcüstanın Batumi limanına nəql olunacaq. Ötən il Azərbaycanın dəmir yolu ilə 26,2 mln. ton müxtəlif yüklər daşınıb. Bundan 73,7% neft və neft məhsullarının payına düşür.

Xəbər lenti

Xəbər lenti