...

Bakıda enerji səmərəliliyi və davamlı inkişaf üzrə beynəlxalq simpozium keçiriləcək

Energetika Materials 16 Mart 2006 18:48 (UTC +04:00)

Martın 28-30-da Bakıda BMT-nin iqtisadi və sosial işlər Departamenti tərəfindən enerji səmərəliliyi və davamlı inkişaf üzrə beynəlxalq simpozium keçiriləcək. Bu görüş ölkənin sənaye və energetik anazirliyinin təşəbbüsü ilə keçiriləcək.

Trend bildirir ki, AR DNŞ-in məlumatında Xəzər dənizinin ekoloji vəziyyətinin yalnız Xəzəryanı ölkələrin deyil, həm də böyük beynəlxalq təşkilatların diqqət mərkəzində olduğu deyilir. Bu məsələlərin qarşıdakı simpoziumda müzakirə edilməsi nəzərdə tutulur.

Görüşdə bir çox Xəzəryanı ölkələrin energetika nazirləri, BMT katibliyinin, beynəlxalq qurum və maliyyə təşkilatlarının, donor ölkələrin, Azərbaycana akkreditə olunmuş səfirliklərin, xarici şirkətlərin, eləcə də enerji məsələləri ilə məşğul olan yerli təşkilatların, o cümlədən Dövlət Neft Şirkətinin nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Simpoziumun mövzusu Xəzər hövzəsi ölkələrində neft və qaz hasilatında istifadə olunan davamlı texnologiyalar və enerji sistemində əldə edilmiş nailiyyətlərlə əlaqədardır. Simpoziumda ARDNŞ-nin nümayəndələri səmərəli və ekoloji texnologiyaların tətbiqi, o cümlədən enerji təchizatı sistemində səmərəliliyin artırılması mövzularında məruzələrlə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti