...

Ukrayna ARDNŞ-ə borcunu pul vəsaiti ilə ödəyəcək

Energetika Materials 16 Mart 2006 20:24 (UTC +04:00)

Ukrayna prezidentinin aprel ayında Azərbaycana səfəri ərəfəsində keçiriləcək Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının III iclasında Azərbaycanın borcunun ödənməsi məsələsinə baxılacaq. Bu barədə Trend ə hökumətdə bildirilib. Bu, ilk növbədə, Ukraynanın 1999-2000-ci illərdə ARDNŞ-dən aldığı dizel yanacağına olan $5,2 mln. həcmində borcuna aiddir. Azərbaycan hökuməti iclasa hazırlıq çərçivəsində bu borcun nağd pulla məcburi ödənməsi məsələsini qarşıya qoyub.

Hökumətdə hesab olunur ki, bu, borcun yalnız bir hissəsidir. Qalan hissəsi 90-cı illərin əvvəllərində təsərrüfat subyektləri arasında yaranıb, amma bu gün bəzi müəssisələr ləğv olunub. Bu borclardan heç biri, o cümlədən ARDNŞ-in borcu dövlət borcu kimi rəsmiləşdirilməyib. Bu, Azərbaycanın Ukraynaya olan borcuna da aiddir və bu borclar da ticari-iqtisadi fəaliyyət subyektləri arasında yaranıb. Bununla bağlı olaraq dövlət məsuliyyət daşımır.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stepan Volkovetski Trend ə bildirib ki, Ukraynanın Azərbaycana və əksinə borcların təkrar strukturlaşdırılmasına imkan verən sxem tapılacaq. "Beləliklə, məsələ həll ediləcək. Bizim əməkdaşlığımızın dərinləşdirilməsi üçün prinsipial maneələr yoxdur. Belə olan təqdirdə, bu, hər iki tərəfin borclarına aiddir. Sxem axtarılır və söhbət hökumətlərarası komissiyanın yeddinci iclasına gəlmək və təkrar strukturlaşdırma mexanizmini təsdiq etməkdən gedir" -deyə səfir öz qənaətini bildirib.

Xəbər lenti

Xəbər lenti