...

Azərbaycanda "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində 10 min əməkdaş çalışır

Energetika Materials 17 Mart 2006 14:30 (UTC +04:00)

Hazırda Azərbaycanda "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində 10 mindən artıq adam çalışır ki, onlardan 80% -i ölkə vətəndaşlarından ibarətdir. Trend in məlumatına görə, bu barədə martın 17-də AÇG-nin operatoru olan BP-nin nümayəndələri bildiriblər.

BP nümayəndələrinin bildirdiyinə görə, 2006-cı ilin sonlarında bir çox işlərin başa çatması ilə əlaqədar 8 min azərbaycanlı işçidən 4 min nəfərinin müqaviləsi başa çatır. "Azad olunan əməkdaşların bir hissəsinin istismar sahəsində yenidən ixtisaslaşdırılması həyata keçiriləcək. Yerdə qalan işçilərə podratçı və subpodratçı şirkətlərdə işləmək tövsiyə olunacaq, qalan hissəsi isə gələcək işlərdə fəaliyyət göstərəcəklər", - deyə şirkətin nümyaəndələri bildirib.

Artıq məlumdur ki, fəhlələrin bir hissəsi podratçı təşkilatlarla birgə Qazaxıstan və Türkmənistan üçün işləri həyata keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti