...

2006-cı ilin II rübündə "Faza-2" çərçivəsində boru kəmərlərinin çəkilməsi başa çatacaq

Energetika Materials 17 Mart 2006 14:44 (UTC +04:00)

2006-cı ilin II rübündə "Azəri-Çıraq-Günəşli" layihəsinin "Faza-2" çərçivəsində boru kəmərlərinin çəkilməsi başa çatacaq. Trend in xəbər verdiyi kimi, bu barədə martın 17-də jurnalistlər üçün keçirilmiş birifinqdə BP-nin "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə vitse-prezidenti Brüs Lüberski bəyan edib.

"2006-cı ilin II rübündə "Günəşli" yatağının dərinsulu hissəsinin işlənib-hazırlanması çərçivəsində yaşayış qazma platformasının dayaq bloku quraşdırılacaq. Həmçinin, "Faza-3" layihəsi çərçivəsində hasilat və qaz-kompressor platformasında texniki-layihə işləri başa çatacaq", - deyə o qeyd edib.

2006-cı ilin III rübündə "Günəşli" yatağının dərinsulu hissəsində quraşdırılacaq platfoma üçün qazma modulları və yaşayış blokları yola salınacaq. 2006-cı ilin IV kvartalında "Günəşli"də hasilat platforması üçün dayaq bloku dənizə göndərilmək üçün hazır olacaq.

IV rübdə "Azəri" yatağının şimal hissəsində neft hasilatı üçün nəzərdə tutulmuş platformada işə salma-sazlama işləri başa çatacaq. Onun sözlərinə görə, AÇG layihəsi çərçivəsində 526 km uzunluğunda sualtı boru kəmərləri çəkilib. ""Faza-2" layihəsi çərçivəsində yalnız 4,5 km, "Faza-3" çərçivəsində isə 8 km uzunluğunda kəmər çəkiləcək", - deyə vitse-prezident sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti