...

"Şərqi Azəri" platformasının suya buraxılması bu ilin sonlarına planlaşdırılıb

Energetika Materials 17 Mart 2006 16:32 (UTC +04:00)

İlk qazın "Günəşli" yatağının mərkəzi hissəsində quraşdırılan qaz-kompressor və su vurma platformasından vurulması 2006-cı ilin ikinci rübündə gözlənilir. Bu barədə Trend ə VR-nin "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə vitse-prezidenti Bryus Lyuberski bəyan edib.

Onun sözlərinə görə, dayaq bloku yataqda quraşdırılan "Şərqi Azəri" platformasının 2006-cı ilin sonlarında suya buraxılması gözlənilir. Bu ilin iyulunda bu platformanın üst hissəsi barjalara yüklənəcək və dənizə yola salınmaq üçün hazırlanacaq.

Bu il mayın sonlarında VR hasilatla bağlı "Günəşli" yatağının dərinsulu hissəsində quraşdırılacaq platforma üçün yaşayış blokları, qazın və suyun vurulması üçün texniki qurğular alacaq. Bu il iyunun sonunda Bakıya bu platforma üçün qazma modulları gətiriləcək. Platformanın istismar üçün işə salınması 2008-ci ilin 2-ci rübünə planlaşdırılıb.

Hazırda şirkət "Azəri" yatağının şərq hissəsi üçün dayaq blokunun quraşdırılması ilə məşğul olur. Bu əməliyyata 21 gəmi cəlb olunub. Eləcə də VR şirkətinin Səngəçal neft terminalının genişləndirilməsi üzrə işlər də davam etdirilir. Bu gün bu obyekt sutkada 750 min barel nefti nəql və emal etmək qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti