...

ARDNŞ sindikatlaşdırılmış kredit üzrə razılaşma imzalamağa hazırlaşır

Energetika Materials 23 Mart 2006 18:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) martın 24-də müxtəlif beynəlxalq banklar tərəfindən sindikatlaşdırılmış $750 mln. məbləğində kredit vəsaitinin verilməsi barədə razılaşma imzalayacaq. Trend in verdiyi məlumata görə, ARDNŞ-ə məxsus olan Azerbaijan (ACG) Limited (AzACG) şirkətinin BNP Paribas tərəfindən təşkil olunmuş və zəmanət verilmiş $750 mln. çərçivəsində maraqlarını baş ofisi Nyu-Yorkda yerləşən Chadbourne & Parke hüquqi şirkəti təmsil edir.

Kredit vəsaiti ARDNŞ-in 10% paya malik olduğu "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində xərclərə yönəlib. Kredit vəsaiti həmçinin, Exxon Azerbaijan Limited and Turkiye Petrolleri A.O. qarşısında borcların ödənilməsini təmin edəcək.

Sövdələşmə ARDNŞ-ə "Azəri-Çıraq-Günəşli"dəki özünün bütün neft həcmlərinə nəzarət etməyə, beynəlxalq neft bazarlarında marketinq əməliyyatlarını genişləndirməyə və inkişaf etdirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti