...

Bu il "Azəriqaz" 500 min sayğac quraşdıracaq

Energetika Materials 24 Mart 2006 17:57 (UTC +04:00)

Bu il "Azəriqaz" SC öz abunəçilərinə 500 min sayğac quraşdıracaq. Ötən il SC tərəfindən 238 min sayğac quraşdırılıb. Hazırda ölkədə quraşdırılan qaz sayğaclarının ümumi sayı 342 724-ə bərabərdir. Bu, SC abunəçilərinin təxminən 36%-ni təşkil edir. Trend bildirir ki, martın 24-də keçirilmiş mətbuat konfransında "Azəriqaz" rəhbərinin birinci müavini Nazim Səmədzadə bu barədə bəyan edib.

Hazırda "Azəriqaz" üç növdə - əhali üçün gündəlik 2,5 kub metr, sənaye və digər abunəçilər üçün gündəlik 4 və 6 kub metrlik sayğaclar quraşdırır. Martda SC gündəlik 6 kub metrlik sayğacların alınması üçün tenderi başa çatdırıb. Tenderdə dörd şirkət iştirak edib. Hazırda onların təklif etdiyi avadanlıqda sınaq aparılır. Ötən il SC Belarusun istehsalı olan analoji sayğaclar alıb, amma bu sayğaclar aşağı temperatur şəraitində pis nəticə göstərib.

Azərbaycanda əhali üçün sayğaclar "Sənayecihaz" şirkəti tərəfindən yığılır. N.Səmədzadə qeyd edib ki, sayğaclar Almaniya texnologiyası ilə Çində istehsal olunur.

Xəbər lenti

Xəbər lenti