...

ARDNŞ Caspian Energy şirkətindən öhdəlikləri ilə bağlı cavab gözləyir

Energetika Materials 25 Mart 2006 12:48 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Caspian Energy Group şirkətindən ARDNŞ-i "Kürovdağ" yatağının işlənməsi üzrə müqavilənin qüvvəyə minməsi perspektivləri çərçivəsində maraqlandıran məsələlərə cavab gözləyir. ARDNŞ-dən Trend ə verilən xəbərə görə, ARDNŞ-i maraqlandıran cavablar əldə olunana və müqaviləöncəsi öhdəliklər həyata keçirilənə kimi razılaşma qüvvəyə minməyəcək.

Hazırda ARDNŞ və Caspian Energy Groupun müvafiq olaraq 49% və 51% paya sahib olduqları yatağın işlənməsi ilə Shirvan Oil birgə müəssisəsi məşğul olur. 2008-ci ildə "Kürovdağ"da neft hasilatını hazırda sutka ərzində 700 tondan 50%-ə çatdırmaq nəzərdə tutulub. "Kürovdağ"ın ehtiyatları 5,672 mln. ton neft təşkil edir.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, Türkiyənin TPAO şirkəti Dövlət Neft Şirkəti ilə Azərbaycanın "Kürovdağ"dakı pay hissəsinin alınması ilə bağlı danışıqları davam etdirir.

Lakin müqavilə qüvvəyə minənə kimi hər hansı bir güzəşt gözlənilmir.

İstisna edilmir ki, ARDNŞ-lə razılığın əldə olunmayacağı təqdirdə TPAO bu layihədə xarici iştirak payının hissəsinin əldə olunmasında maraqlı olsun.

"Kürovdağ" yatağı 1950-ci ildə kəşf edilib. Bu günə kimi oradan 36,7 milyon ton neft hasil edilib. Ən güclü hasilat 1966 -cı ildə (sutkada 40.000 barel) əldə olunub. Lakin 1997-ci ildə hasilat 10 dəfə azalıb və onun reabilitasiyası üçün əlavə investisiya tələb olunub. "Kürovdağ"da 14 məhsuldar lay mövcuddur.

Xəbər lenti

Xəbər lenti