...

ARDNŞ Anshad Petrol-dan cəlbedici təklif gözləyir

Energetika Materials 27 Mart 2006 11:28 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti xarici şirkətdən "Neftçala", "Hillə" və "Babazənən" quru yataqlarının işlənməsi layihəsində payını satmaq çərçivəsində cəlbedici təklif gözləyir. ARDNŞ-dən Trend ə verilən məlumata görə, Anshad Petrol birgə müəssisəsinin (BM) PSA tipli müqaviləyə keçirilməsi məsələsi hələ də gündəlikdə durmaqda davam edir. Lakin belə perspektivlərin bir sıra nüansları maliyyə məsələlərinə mane olur.

"PSA tipli müqavilə çərçivəsində neft və qaz hasilatı birgə müəssisə üçün birmənalı olaraq səmərəli işdir. Hazırda Anshad Petrol BM üzrə tərəfdaşlar yataqların işlənməsi çərçivəsində investisiya və digər proqramları yerinə yetirirlər, PSA olmaqla layihənin iqtisadi verilişi daha səmərəli olardı", - deyə ARDNŞ-dən bildirilib.

Anshad Petrol BM 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol şirkəti arasında keçmiş "NEftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-nin operatoru Atilla Dogan Petrol, 1997-ci ildən isə ARDNŞ bu f unksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malaziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrol -un payından 17,15% almaqla layihənin iştirakçısı olub.

Anshad Petrol "Neftçala", "Hillə" və "Babazənən"dəki quyulardan neftlə yanaşı sərbəst qaz da hasil edir. BM sərbəst qqazın ilk satışını 2004-cü ilin aprelində 2 mln. kubmetr həcmində həyata keçirib. ARDNŞ Anshad Petrol-dan qaz alaraq "Azəriqaz" QSC-nə satır ki, o da öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aztransqaz" İB vasitəsilə paylayır.

Xəbər lenti

Xəbər lenti