...

Natiq Əliyev: Rusiya qazının bahalaşması ABƏŞ-in ARDNŞ-ə səmt qazı satışını artırmasına səbəb ola bilər

Energetika Materials 28 Mart 2006 15:37 (UTC +04:00)

Bu il Azərbaycan Rusiyadan respublikanı təbii qazla təmin etmək üçün 5,5 mlrd. kubmetr qaz almaq niyyətində idi. Lakin onun qiymətinin artması ilə bağlı bu il Azərbaycan Rusiyadan 4,5 mlrd. kubmetr qaz alacaq. Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.

Ona görə də Azərbaycan Benyəlxalq Əməliyyat Şirkətinin "Azəri" yatağından hasil etdiyi səmt qazının satışının 1,4 mlrd. kubmetrdən 3 mlrd. kubmetrə qədər artırılması barədə qərar qəbul edilib. Bu qaz yataqda lay təzyiqinin saxlanması üçün süxurlara vurulmalıdır.

Öz növbəsində ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağından dərin laylardakı sərbəst qazın hasilatı üzrə müqavilənin bağlanması ilə bağlı danışıqlara başlamaq barədə şərt irəli sürüb. N.Əliyevin sözlərinə görə, bu danışıqlar Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən başlanacaq və aparılacaq.

Xəbər lenti

Xəbər lenti