...

Salyan-OiL bu il ilk istismar quyusunu qazmağa hazırlaşır

Energetika Materials 28 Mart 2006 15:50 (UTC +04:00)

Salyan-Oil əməliyyat şirkəti "Kürsəngi-Qarabağlı" quru yatağında bu il ilk istismar quyusunun qazılması üzrə hazırlıq işlərinə başlayıb. ARDNŞ-dən Trend ə verilən məlumata görə, hazırda quyunun qazılması üçün avadanlığın səfərbərliyi işləri aparılır. "Ehtimal olunur ki, bir ay ərzində qazmaya başlanılacaq", - deyə ARDNŞ-dən bildirilib.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, quyunun layihə dərinliyi 3200-3500 metr təşkil edir. Hazırda quyunun qazılacağı yer müəyyənləşdirilir. "Bu, həm "Kürsəngi", həm də "Qarabağlı" müqavilə sahəsinin hər iki hissəsində ola bilər", - deyə ARDNŞ-dən bildiriblər.

Parallel olaraq Salyan-Oil Azərbaycan Dövlət Neft Şirkətinə sonuncu kəşfiyyat quyusunun qazılması üzrə öz müqavilə öhdəliklərininicrasıf ilə bağlı hesabat verməyə hazırlaşır. Qazma işlərinin gedişində müqavilə üzrə 13 layı keçməklə 3500 metr qazıntı işləri aparmaq barpədə öhdəlik yerinə yetirilib.

2006-cı ildə müqavilə sahəsində 8 quyunun qazılması nəzərə tutulur. Bunlardan 4-ü istismar, 1-i kəşfiyyat, 1-i isə qiymətləndirmə quyusudur, 2 quyu suyun laylara vurulması üçün nəzərdə tutulub. Sərmayənin həcmi təxminən $50 mln təşkil edəcək. Qazma işlərini Çinin Great Wall şirkəti həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti