...

ARDNŞ "Günəşli" yatağının dayaz hissəsində 3 ölçülü seysmik kəşfiyyat işləri aparacaq

Energetika Materials 28 Mart 2006 16:56 (UTC +04:00)

"Günəşli" yatağının dayaz hissəsində quyuların qazılması zamanı yeni neft ehtiyatları aşkar edilib, ancaq su kontaktı ilə sərhədlər hələlik müəyyən olunmayıb. Azərbaycan Dövlət Neft Şirkətinin neft-qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi (İB) geofiziklərə bu yataqda 3 ölçülü (3D) seysmik kəşfiyyat işləri aparmağı tapşırıb. Bu barədə Trend ə AR DNŞ-in geologiya və geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.

Hazırda araşdırmaların aparılması ilə bağlı proqram hazırlanır. Proqram hazır olduqdan sonra bu istiqamətdə işlərə başlanılacaq. Bu yataqda 3 ölçülü seysmik kəşfiyyat işləri ilk dəfə aparılacaq.

Xəbər lenti

Xəbər lenti