...

"Azərenerji" bir sıra elektrik stansiyalarında planlı təmir işləri aparacaq

Energetika Materials 28 Mart 2006 17:32 (UTC +04:00)

"Azərenerji" SC respublikanın ən elektrik stansiyası olan Azərbaycan YES-də 7-ci enerji blokunu 4-5 gün müddətinə təmirə dayandırır. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, hazırda "Şimal" elektrik stansiyasında 150 MVt gücə malik köhnə enerji blokunda təmir işləri başa çatıb. Bu həftə ərzində blok sınaqdan keçiriləcək və istismara veriləcək. Həmçinin, Bakı YES-də də "A" kateqoriyalı yoxlama aparılacaq. Bu məqsədlə ABB şirkətinin yoxlama aparacaq ekspertləri Bakıya gələcək.

Yaxın vaxtlarda Əlibayramlı YES-də 5-ci, Yenikənd SES-də isə 4-cü hidroaqreqat təmirə dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti