...

Bakıda davamlı inkişaf və energetika səmərəliliyi üzrə simpozium öz işini başa çatdırıb

Energetika Materials 30 Mart 2006 13:13 (UTC +04:00)

Martın 30-da Bakıda BMT-nin energetika, sənayenin inkişafı, ətraf mühitin çirklənməsi, iqlim dəyiştkliyi mövzusunda davamlı inkişaf üzrə komissyiasının simpoziumu öz işini başa çatdırıb. Bu görüşün yekunlarına görə, iştirakçı tərəflər Bakı bəyannaməsini qəbul edib.

Trend in məlumatına görə, sənaye və energetika naziri Natiq Əliyev deyib ki, bu gün Bakıda başa çatan belə bir görüşün keçirilməsinin Azərbaycn üçün böyük əhəmiyyəti var. Bu, enerji istifadəsinin səmərəliliyinin artırılması sahəsində təcrübə qazanmağa imkan verir. Nazir qeyd edib ki, hazırda Azərbaycanda enerji itkisi çox yüksəkdir. Nazir bildirib ki, bu problemlərin həlli üçün belə görüşlərdə əldə olunan təcrübə vacibdir.

Bakı simpoziumuBMT-nin davamlı inkişaf üzrə komissyiasının iqtisadi və sosial işlər departamenti və Azərbaycanın sənaye və energetika Nazirliyi tərəfindən keçirilib.

Tədbir energetika səmərəliliyi və davamlı inkişaf üzrə Bakı simpoziumu adı ilə keçirilib və enerji təchizatı sistemlərində səmərəliliyə həsr olunacaq.

Görüşdə enerji təchizatı sistemlərində səmərəliliyin artırılması, ARDNŞ, "Azərenerji" SC və digər qurum nümayəndələrinin neft və qaz hasilatında ekoloji təmiz və iqtisadi baxımdan sərfəli texnologiyaları tətbiq etməsi kimi məsəllərlə bağlı məruzələr dinlənilib. Bü görüşdə iştirak edən müxtəlif ölkələrin nümayəndə heyətləri məruzələrlə çıxış edib.

Xəbər lenti

Xəbər lenti