...

Yaxın vaxtlarda Naxçıvanda qaz-turbin stansiyasının ilk iki enerji bloku istismara veriləcək

Energetika Materials 30 Mart 2006 13:17 (UTC +04:00)

Yaxın vaxtlarda "Azərenerji" SC Naxçıvanda tikilən qaz-turbin stansiyasının 1-ci və 2-ci bloklarının istismara vermək niyyətindədir. Trend in məlumatına görə, bu barədə "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.

Yaxın vaxtlarda Hollandiyadan qazın verilişini tənzimləyən avadanlıq gətiriləcək. Onun quraşdırılmasından sonra enerji blokunun ilk iki enerji bloku hər biri 10 MVt olmaqla maksimal güclə işə salınacaq. Yerdə qalan iki enerji blokunda Almaniyanın Enerco, İtaliyanın GTT və Avstriyanın ABB şirkətləri tərəfindən quraşdırma əməliyyatları aparılır.

Yaxın vaxtlarda Türkiyədən 35 kV və 110 kV-luq transformatorlar və Ukraynadan 40 min ton alüminum və polad simlər gətiriləcək. Eləcə də, Naxçıvanın Şahbuz rayonundakı yeni "Xalxal" stansiyasının tikintisinə başlanılacaq.

Xəbər lenti

Xəbər lenti