...

"Günəşli"də platforma üçün dayaq blokunun inşası sentyabrda başa çatacaq

Energetika Materials 30 Mart 2006 18:22 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənib hazırlanması çərçivəsində "Günəşli" yatağının dərinsulu hissəsində qazma üçün quraşdırılacaq platformanın dayaq blokunun inşasının bu ilin sentyabrında başa çatacağı nəzərdə tutulur. Bu barədə Trend ə dərin özüllər zavodunda bildirilib.

Bu müəssisədə BP-nin dayaq bloklarının inşası üzrə podratçısı olan Bos Shelf şirkətinin tikinti sahələri yerləşir. İnşa olunduqdan sonra platforma quraşdırılmaq üçün dənizə göndəriləcək. Hazırda həm də öncəqazma quyularının qazması üçün yataqda quraşdırılacaq dib salının inşası davam etdirilir. Bu, yataqda iyunda quraşdırılacaq. İndi yataqda hasilat və sualtı su vurulması üçün öncəqazma quyularının qazması aparılır.

"Faza-3" çərçivəsində "Günəşli"nin dərinsulu hissəsində ilk neft hasilatına 2008-ci ildə başlanılması nəzərdə tutulur. İki yeraltı manifoldla qazılmış quyularda su vurulmasına platformada yerləşən quyularda neft hasilatı ilə eyni vaxtda başlanılması nəzərdə tutulur.

"Günəşli"nin dərinsulu hissəsində hasil edilən ehtiyatlar 176 mln. ton yaxud 1,25 mlrd. barel neft təşkil edir.

Xəbər lenti

Xəbər lenti