...

"Bakqaz" Azərbaycan əhalisinə rekord həcmdə qaz tədarük edir

Energetika Materials 31 Mart 2006 12:17 (UTC +04:00)

Hazırda Bakı əhalisinə sutkada təxminən 8,5 mln m3 qaz tədarük edilir. Bu barədə Trend ə "Azəriqaz" QSC-nin "Bakqaz" müəssisəsindən məlumat verilib. SC-dən qeyd olunub ki, bu il əhaliyə rekord həcmdə qaz tədarük olunur ki, bu da yüksək sərfiyyatla izah olunur.

Aprelin 15-də əhaliyə qaz verilməsinin yay qrafikinə keçid gözlənilir. Ancaq "Bakqaz"dan bildirilib ki, bu, apreldə hava şəraitinin necə olması ilə bağlıdır. Əgər temperatur göstəriciləri aşağı olarsa, qazın əvvəlki həcmdə tədarükü davam etdirilə bilər.

Xəbər lenti

Xəbər lenti