...

ARDNŞ NEZ-də katalitikoqo krekinq qurğusunun təmirini başa çatdırıb

Energetika Materials 31 Mart 2006 12:33 (UTC +04:00)

"Heydər Əliyev adına" neft emalı zavodu ( keçmiş "Azərneftyanacag") katalitik krekinq qurğusunun planlı təmirini başa çatdırıb. ARDNŞ-dən Trend ə verilən məlumata görə, hazırda qurğu işəsalınma mərhələsindədir və adi iş rejiminə isə aprelin 3-4-dən başlayacaq.

ARDNŞ-in nümayəndəsinin sözlərinə görə, bir sıra müqavilələr üzrə avtomobil benzininin ixracını artırmaq mümkün olacaq. Həm də bu, maye qazın satışını bərpa etməyə də imkan verəcək.

Martın əvvəllərində NEZ Gürcüstana avtomobil benzinin ixracını bərpa edib. Məhsulun hazırda ixracı Dövlət Neft Şirkətinin malik olduğu ehtiyatlar hesabına həyata keçirilir. Ehtimal edilir ki, apreldə ARDNŞ Gürcüstana həftədə 5 min ton benzin satacaq.

2005-ci ilin dekabrında ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil benzinini satışı üzrə müqavilə imzalayıb.

Eləcə də ARDNŞ Gürcüstanın "Saknaftobtransi" şirkəti ilə bu il avtomobil benzinin satışı üzrə müqaviləsi var. Ehtimallara görə, bu şirkətə ayda 20 min ton avtomobil benzini tədarük ediləcək.

Xəbər lenti

Xəbər lenti