...

AYİB "Azərenerji" üçün kredit şərtlərinə dəyişiklik edib

Energetika Materials 31 Mart 2006 13:21 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Mingəçevirdəki Azərbaycanın İES-nın 8 enerji blokunun yenidən qurulması üçün "Azərenerji" səhmdar cəmiyyətinə ayrılan kreditin şərtlərində bəzi dəyişikliklərin daxil edilməsini təklif edir. Bu barədə Trend ə "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Bu, respublikada elektrik enerjisi üzrə tariflərin artırılması şərtlərinə aiddir.

Lakin SC-in AYİB-in kreditindən imtina etməsi barədə qərar qəbul etməsinə səbəb olan şərtlər qüvvədə qalır. Eləcə də, bu, vəsaitin mərhələli ayrılmasına da aiddir. Belə ki, enerji idarəsinin bir sıra mütəxəssislərin fikrincə, layihənin yerinə yetiriləcəyi müddətə təsir edə bilər.

M.Əsgərolvun əvvəllər qeyd etdiyi kimi, hazırda layihə üçün kreditin ayrılması məsələsi ilə bağlı digər banklarla da danışıqlar aparılır. Çox ehtimal ki, layihənin reallaşdırılması üçün $150 mlna yaxın vəsait lazım olacaq.

Fevral ayında səhmdar cəmiyyət öz vəsaiti hesabına Peterburqun "Silovıye maşinı" zavodunun mütəxəssisləri ilə birgə bu stansiyanın 5-ci enerji blokunun yenidənqurulmasını həyata keçirib. Onun gücü 100-130 MVt -dan 330 MVt-a qədər artırılıb. Bu zaman yanacağa tələbat əhəmiyyətli dərəcədə azalıb. Hazırda stansiyanın bütün digər enerji blokları avadanlıqlarının tam köhnəlməsi üzündən öz güycünün yarısından az işləyir və bunun üçün də onların yenidən qurulması zəruridir.

Xəbər lenti

Xəbər lenti