...

Azərbaycan apreldə Novorossiyskdən 400 min ton neft satacaq

Energetika Materials 1 Aprel 2006 11:16 (UTC +04:00)

Aprel ayında Azərbayan Novorossiyskdən 400 min ton Ural növlü neft yükləməyi nəzərdə tutur. Limana yaxın mənbələrdən Trend ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 340 min ton neft (3 tanker partiyası), ARDNŞ - 60 min ton xammal yükləyəcək.

Apreldə ABƏŞ limanın N1 körpüsündən hər birində 130 min ton neft olan iki partiya və N2 körpüsündən 80 min ton neft yükləyəcək. ARDNŞ N6 və ya N7 körpülərindən 60 min ton neft satacaq.

Mənbələr qeyd edir ki, ABƏŞ 130 min ton nefti aprelin 11-12-də, eyni həcmdə ikinci partiyanı aprelin 21-22-də, 80 min ton nefti isə aprelin 26-27-də yükləyəcək. ARDNŞ 60 min ton xammalı aprelin 29-30-da satacaq.

Yanvar-fevral aylarında ARDNŞ Novorossiyskdən 85 min ton neft yükləyib, mart ayında isə Glencore Energy treyderinə 85 min ton neft satılıb.

Hazırda ABƏŞ "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi nefti Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri ilə, o cümlədən dəmir yolu ilə Batumi limanınadək nəql edir. BTC istismara verildikdən və ABƏŞ bu kəmərlə Azəri Light nefti nəql etməyə başladıqdan sonra şirkətin yalnız Bakı-Supsa ilə neft ixrac edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti