...

Oktyabrda "Neft daşları" yatağında 2 platforma qurulacaq

Energetika Materials 3 Aprel 2006 16:10 (UTC +04:00)

ARDNŞ Müşahidə Orqanının şirkətin prezidenti Rövnəq Abdullayevin nəzarəti ilə həyata keçirilən yeni hasilat platformasının inşası ilə bağlı iclası keçirilib. Bu barədə Trend ə ARDNŞ-in mətbuat xidmətində bildirilib.

"Azneft" İB-də keçirilən görüşdə "Xəzərdənizneftqaztikinti" (platformanın inşası üzrə podratçı) trestinin, "Xəzərdənizneftdonanması" idarəsinin, Dövlət "Xəzərdənizneftqazlayihə" elmi-tədqiqat layihə institutunun nümayəndələri iştirak edib. Bu il Xəzər dəniz akvatoriyasında istismara veriləcək obyektlərin qrafiki və vəziyyəti müzakirə edilib.

Oktyabrda "Neft daşları" yatağında 12 quyunun qazması üçün 23 metr dərinliyində 2387 saylı platforma qurulması planlaşdırılır. Noyabrda 36 quyunun qazması üçün 64 metr dərinliyində 1887 saylı platformanın qurulması nəzərdə tutulur.

Bundan başqa, "Günəşli" yatağında dərinsulu "Günəşli-11" platformasının genişləndirilməsi ilə bağlı işlər aparılacaq. Bu platformaya 6 qaz quyusunun qazması üçün əlavə blok qoşulacaq. Həmçinin sualtı boru kəmərləri və digər obyektlərin inşası nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti