...

ARDNŞ NQÇİ 4 yeni quyunu istismara verib

Energetika Materials 4 Aprel 2006 15:17 (UTC +04:00)

İlin I rübündə ARDNŞ-in "Bibiheybətneft" NQÇİ nəzərdə tutulan 30650 ton əvəzinə 31690 ton neft hasil edib. Bu barədə Trend ARDNŞ mətbuat xidmətinə istinadən bildirir.

2006-cı ilin ilk üç ayı ərzində işlənib hazırlanmış yataqlarda NQÇİ nəzərdə tutulan 4210 min kubmetr əvəzinə 4495 min kubmetr qaz hasil edib.

Mart ayında NQÇİ 10881 ton neft hasil edib. NQÇİ-nin işləyib hazırladığı yataqlarda gündəlik neft hasilatı 351 ton təşkil edib.

Ötən dövr ərzində bir qazılmış quyu istismara buraxılıb. Quyunun gündəlik debiti 4 tondur. Bundan başqa, dayanmış quyular fondundan üç quyu istismara verilib.

Xəbər lenti

Xəbər lenti