...

"Azərenerji" Sumqayit yüksəkvoltlu elektrik şəbəkəsinin təmirinə başlayıb

Energetika Materials 1 May 2006 15:03 (UTC +04:00)

"Azərenerji" CS Sumqayit elektrik şəbəkəsində təmir işlərinə başlayıb.

Bu barədə Trend agentliyinə CS-nin mətubat xidmətindən məlumat verilib. Sənaye mərkəzinin iqtisadi potensialının artması ilə əlaqədar bu şəbəkə yüklənib.

Görülən işlər çərçivəsində hazırda təftiş aparılır və avadanlıq təzələnir.

Yaxın vaxtlarda "Sənaye qovşağı" Sümqayit yarımstansiyasında avtotransformatorun təmiri başlayacaq. Bu yarımstansiyada həmçinin 110 kilovoltluq paylaşdırıcı qurğunun detalları əvəzlənəcək.

Təmir işləri "Sumqayit-2" və "Sumqayit-3" yarımstansiyalarında aparılacaq. Təftiş isə 7-ci Abşeron EÖX-də gerçəkləşdiriləcək. Xırdalan EÖX-də yeni dayaqlar quraşdırılacaq.

Azərbaycanın şimal regionlarındakı obyektlərdə də, xüsusilə, "Yaşma" yarımstansiyasında təftiş davam edir.

Xəbər lenti

Xəbər lenti